"İQNA", xəbər verir ki, çoxlarının müsabiqədə birinci yeri qazanmaq şansının yüksək olduğunu hesab etdiyi İran təmsilçisi və eyni zamanda Malayziya təmsilçisinin qiraəti bu gün yarışa xüsusi həyəcan verib.
Sonra növbə Malayziyadan olan gözləri görməyən qari Məhəmməd Qom naəzar ibn Səlimiyə çatdı.
Gözləri görməyənlər üzrə İslam dünyasının Beynəlxalq Quran yarışmasında birinci yerə sahib olan bu qari "Ənkəbut" surəsindən ayələri oxuyub. Bir çox ekspertlər malayziyalı qarini İran təmsilçisinin əsas rəqibi hesab edirlər.
Məsud Nuri bu qiraətçinin qiraəti haqqında deyib: Yaxşı qiraəti olsa da, bir məqamı var idi, o da “Sin” hərfini yaxşı tələffüz etməməsi idi. Bu onun nitqindəki problemdən irəli gəlir. İran yarışlarında üç mənfi qiymətə malikdir.
Bugünkü yarışların davamında növbə Malayziyanın beynəlxalq Quran yarışlarında İranın təmsilçisi Əlirza Bijəniyə çatıb. O, “Əraf” surəsindən ayələri oxudu. Sonda zalda olanların alqışları ilə müşayiət olunan gözəl qiraət, Malayziya yarışlarının tarixində belə bir səhnənin az adamın xatırladığı nadir hadisə idi.
Məsud Nuri İranın təmsilçisinin bu yarışlardakı çıxışı ilə bağlı bunları deyib: "Çox gözəl səs, sərbəstliklə Mustafa İsmayılın qiraəti şəklində, lakin şəxsi qiraət tərzi ilə ifa olunması bu qiraətin xüsusiyyətləri idi".
4164329